Texnologiya və İnnovasiya İdarəetməsi

Biz yeni texnologiyaların inkişaf etdirilməsini və tətbiqini dəstəkləyirik. İdeyaların real məhsula çevrilməsi üçün həllər təqdim edərək, akademik və biznes mühitini birləşdiririk.

Konsaltinq xidmətləri

Konsaltinqə biznes strategiyası, maliyyə, hüquq, IT, marketinq və HR daxildir – analiz, optimizasiya və inkişaf.

Patent və Əqli Mülkiyyət Hüquqları

Biz innovativ ideyaların qorunmasını təmin edərək, patentləşdirmə və əqli mülkiyyət hüquqları ilə bağlı məsləhətlər təqdim edirik. Müştərilərimizin hüquqlarını beynəlxalq standartlara uyğun qorumaq üçün dəstək veririk.

Tədiqat və İnkişaf

Tədqiqat və İnkişafa elmi araşdırmalar, innovasiya, yeni texnologiyaların işlənib hazırlanması, məhsul və proseslərin təkmilləşdirilməsi daxildir.

Proses optimizasiya

Proses optimizasiyasına iş axınlarının təkmilləşdirilməsi, resurslardan effektiv istifadə, xərclərin azaldılması və avtomatlaşdırma daxildir.

Texnologiya və İnnovasiya İdarəetməsi

Biz yeni texnologiyaların inkişaf etdirilməsini və tətbiqini dəstəkləyirik. İdeyaların real məhsula çevrilməsi üçün həllər təqdim edərək, akademik və biznes mühitini birləşdiririk.

Startap və Spin-Off Dəstəyi

Yeni ideyalara sahib olan komandaların və fərdi tədqiqatçıların startap və spin-off qurmasını təşviq edirik. Onlara mentorluq, hüquqi və biznes plan dəstəyi, investora çıxış imkanları təqdim edirik. Müvafiq inkubasiya və akselerasiya mühitini təmin edirik.

R&D və Layihə İdarəetməsi

Tədqiqat və inkişaf (R&D) layihələrinin hazırlanması, idarə olunması və maliyyə mənbələrinin cəlb olunmasında dəstək göstəririk. Qrant yazılması, sənaye tərəfdaşlıqları və layihələrin monitorinqi xidmətlərini təqdim edirik. Universitetlər, şirkətlər və dövlət qurumları arasında koordinasiya qururuq.

Təlim və Seminarlar

Fikri mülkiyyət, innovasiya idarəçiliyi, texnologiya transferi, startap inkişafı və R&D mövzularında təlim və seminarlar təşkil edirik. Hədəf auditoriyamız tələbələr, tədqiqatçılar, akademiklər və sahibkarlardır. Praktiki bilik və bacarıqların artırılması əsas məqsədimizdir.

Universitet-Sənaye Əlaqələri

Universitetlərdə yaranan texnologiyaların sənayenin ehtiyacları ilə uyğunlaşdırılmasına kömək edirik. Tərəfdaşlıq layihələri, təcrübə proqramları və texnoloji həllərin birgə inkişafını təşviq edirik. Bu əlaqələrin inkişafı üçün platforma və vasitəçi rolunu oynayırıq.

Konsultasiya və Bazar Təhlili

Texnoloji ideyaların bazar potensialını qiymətləndirmək və doğru kommersiya strategiyaları hazırlamaq üçün konsultasiya xidməti təqdim edirik. Bazar araşdırmaları, texnologiya auditi və innovasiya yönümlü biznes modellərinin qurulmasında dəstək veririk. Həm yeni layihələr, həm də mövcud startaplar üçün strateji yönləndirmə təmin edirik.